Müğənni Manaf Ağayev toyunda iştirak etdiyi şəhidimiz Teymurov Pəncəlinin toyundan danışdı.

O, unikal.org-a bildirib ki, bu gün səhər sözügedən videoya baxıb və dəhişətə gəlib: "Videonu oğlum mənə göstərdi. Bu çox dəhişətdir. Şəhidimiz mənim fanatım idi. Öz toyuna bir neçə gün qalmış zəng etdi ki, xeyir işimdir, orada iştirakın mümkündür?-dedi. Mən də hərbiçi olduğu üçün heç düşünmədən hə dedim. Toy çox gözəl keçdi".

Manaf Ağayev şəhidPəncəli Teymurovun toyda "mən həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum" fikrini belə xatırlayıb: "O, çox gözəl kəşviyyatçı idi. Azərbaycan torpağını qanından-canından çox sevən insan idi. Özü mənim fanatım olsada ilk dəfə onu toyunda gördüm. O, toyundakı çıxışından sonra mən alqış sədaları altında "Ey Vətən oğlu" musiqisini səsləndirdim. Hammımız birlikdə bu musiqinin sədaları altında oynadıq". 

Sadiq