Azərbaycan öz vətəndaşını İnterpol xətti ilə axtarışa verib.

Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, əslən Şəmkir rayonunun Zəyəm kəndindən olan Gülşən Əhmədova insan alverində təqsirləndirilir.

1981-ci il mayın 12-də anadan olan G.Əhmədova Azərbaycan, rus və türk dillərini bilir.

O, bir neçə dəfə qadınları fahişəliyə cəlb etdiyi üçün haqqında həbs qərarı seçilib və beynəlxalq axtarışa verilib.