Azərbaycan əsgərlərinin Cəbrayıl rayonun girişinə bayraq sancıldığlı an görüntülənib.
 
Unikal.org-un Baku.ws-ə istinadən məlumatına görə, Ermənistan ordusununn işağlı altında olan bu torpaqlar Azərbaycanın hərbi əməliyyatları nəticəsində ordumuzun nəzarətinə keçib. Aprelin əvvəlində gedən 4 günlük müharibə zamanı bir neçə yüksəkliyi götürən əsgərlərimiz Cəbrayılın girişinə qədər irəliləyib. 
 
Cəbrayılın girişindəki lövhəyə bayraq taxıldığı əks olunan şəkillər bir neçə gün öncə yayılsa da, Ermənistan tərəfini bunu təkzib edir, şəkilləri fotoşop kimi qələmə verirdi. 
 
Bu son görüntü Azərbaycan ordusunun cəbhədə irəlilədiyini bir daha sübut edir.