"Fənərbaxça və "Başakşehir klublarının, eləcə də Türkiyə millisinin heyətində çıxış etmiş Bəkir İrtegün həbs edilib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, İrtegünün "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) internetdə kriptolu xəbərləşmə proqramı olan "ByLock" istifadəçisi olduğu müəyyənləşdirilib.

Onun daha əvvəl ölkə xaricinə getmək cəhdi polis tərəfindən əngəllənib və ölkədən çıxışına qadağa qoyulub. Bundan sonra futbolçu prokurorluğa müraciət edərək telefonuna "ByLock" proqramının kim tərəfindən yükləndiyi və kimlərlə danışdığı barədə məlumat verib. Prokurorluq isə onun həbsinə sanksiya verib.

Bəkir bu gün İstanbul polis idarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə gedərək təslim olub.

Qeyd edək ki, Bəkir İrtegünün son komandası "Başakşəhər" olub. Klub onunla müqaviləni ləğv edib.