Çexiyanın "Mlada Boleslav klubu millimizin qapıçısı Kamran Ağayevi transfer etdiyini rəsmən elan edib.

Unikal.org-un klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı qolkiperlə 2017/2018 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Ağayevin adı Avropa Liqasının 3-cü təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" klubu ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.

Xatırladaq ki, K.Ağayevin son klubu Portuqaliyn "Boavişta"sı olub.