Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, cədvəllə ciddi dəyişiklik olmayıb. Planetin 10 ən güclü komandasından biri olan Azərbaycan millisi də mövqeyini qoruyub. Belə ki, yığmamız dünyanın 10-cu komandasıdır. Joze Alesionun baş məşqçi təyin olunduğu millimizin hesabında 1445 xal xar. Komandamız 9-cu olan Qazaxıstandan 17 xal geri qalır. Ən yaxın izləyicimiz Xorvatiyadır. Millimiz balkanlılar üzərində 18 xallıq üstünlüyə malikdi.

İlk "onluq"

1. Braziliya - 1929

2. İspaniya - 1872

3. Rusiya - 1765

4. Argentina - 1700

5. İtaliya - 1608

6. İran - 1593

7. Portuqaliya - 1582

8. Ukrayna - 1500

9. Qazaxıstan - 1462

10. Azərbaycan - 1445