Azərbaycan Premyer Liqasında 2017-18 mövsümü üçün püşkatma tarixi müəyyənləşib.

Unikal.org  PFL-in rəsmi saytına istinadən xəbər verir ki, püşkatma avqustun ayının 2-də baş tutacaq.

Tədbir saat 12:00-da AFFA-nın inzibati binasında reallaşacaq.

Qeyd edək ki, ölkə çempionatının yeni mövsümündə 8 komanda iştirak edəcək. Bunlar "Qarabağ", "Qəbələ", "İnter", "Zirə", "Neftçi", "Sumqayıt", "Kəpəz" və "Səbail"di.