Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ" cavab oyununa çıxıb.

Unikal.org xəbər verir ki, Moldovanın "Şerif klubunun qonağı olan Ağdam klubu rəqib meydanda 1-ci hissənin sonunda qol vuraraq hesabda önə keçib. Qolu Dino Ndlovu vurub. Oyunun sonlarında yaxın, 87-ci dəqiqədə isə Miçel ikinci qola imza atıb.

"Şerif klubunun oyunçusu Badibanqa sonuncu dəqiqədə bu qollardan birinin əvəzini çıxıb.

Oyun 2-1 hesabı ilə "Qarabağ"ın  qələbəsi ilə başa çatıb.

Bununla da "Qarabağ" Azərbaycan futbolunda yeni uğura imza atdı. İndiyədək heç bir klubumuz ÇL-in pley-off mərhələsinə yüksələ bilməyib.