Bu gün Finlandiyanın Tampere şəhərində gənclər arasında güləş üzrə dünya çempionatına start verilib.

Unikal.org xəbər verir ki, gənclərin Dünya birinciliyinin ilk günündə azərbaycanlı sərbəst güləşçi Şahin Muxtarov (50 kq) final görüşündə erməni rəqibi Karen Zurabyan üzərində 7-5 hesabı ilə qələbə qazanaraq gənclərin Dünya çempionu adına layiq görülüb.