Lənkəranda baş vermiş ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

Unikal.org report-a  istinadən xəbər verir ki, qəzaya uğrayana avtomobilil sürücüsü və sərnişinləri Masallı Rayon Polis İdarəsinin əməkdaşları olublar.

Qəza baş verərkən avtomobildə 6 nəfər olub. Onlardan 4 nəfəri ağır xəsarət alsa da, ikisinin vəziyyəti normaldır.

Qəza zamanı xəsarət almış şəxslərin adları:

Məmmədli Vüsal Rüstəm oğlu (1984)

Rzayev Əlizamin Fəraqət oğlu (1986)

Məmmədov Elşad Mehdi oğlu (1983)

Niftiyev Fərrrux Minəxan oğlu (1988)

xxx


Lənkəranda ağır yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Osaküçə kəndi ərazisində qeydə alınıb.

İdarəetməni itirən sürücünün avtomobili dərəyə yuvarlanıb. Nəticədə maşında olan 5 nəfər ağır xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.