Bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunlarına start verilib.

Unikal.org-un məlumatına görə, ilk oyun günündə yalnız 2 matç baş tutub.

Pley-offa vəsiqələr İsveçrə və Kiprdəki oyunlarda sahibini tapıb.

İlk matçda məğlub olan "Syon "Suduvanı qəbul edib. Evdəki bərabərlik isveçrəlilərə bəs etməyib.

AEL və "Austriya isə 0:0-ın revanşında kimin güclü olmasını müəyyən ediblər. Avstriyalılar 2:1 hesablı səfər qələbəsi ilə mərhələ keçən tərəf olub.