Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq.

Unikal.org-un məlumatına görə, turnirdəki yeganə təmsilçimiz "Qəbələ çox vacib oyuna çıxıb. Roman Qriqorçukun komandası 2 il əvvəl pley-offda mübarizədən kənarlaşdırdığı "Panatinaikosla üz-üzə gəlib.

Afinada keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Yunanıstan klubunu cavab görüşündə də qələbə qazanıb - 2:1. 

Bununla da "Qəbələ" Avroliqada mübarizəni dayandırıb.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl dalbadal 2 il Avropa Liqasının qrup mərhələsində oynayıb.