Azərbaycan futbolunda daha bir komanda yeni ad altında çıxış edəcək. 

Unikal.org xəbər verir ki, Bakının "İnter klubunun adı dəyişdiriləcək.

Bu barədə apasport-a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O, "İnterin yeni adının nə olacağını açıqlamasa da, dəyişikliyin baş verəcəyini təsdiqləyib: "İnter Premyer Liqadakı rəqiblərini hansı stadionda qəbul etmək məsələsinin həllinə çalışır. Yəqin ki, tezliklə klubun adı da dəyişəcək.

Qeyd edək ki, "Xəzər Universiteti kimi yaranan klub 2004-cü ildən "İnter adını daşıyır.