Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
Unikal.org apa-ya istinadən məlumatına görə, Putin canlı yayımda ona ünvanlanan sualları cavablandırarkən bildirib ki, prezident seçkilərində iştirakla bağlı qərarını fəaliyyətinin nəticələrindən asılı olaraq qəbul edəcək. 
Orenburq vilayətindən olan I sinif şagirdi Alina Axmatovanın "Rusiyada qadın dövlət başçısı ola bilərmi?" sualına isə Rusiya prezidenti "Bəlkə, qadın hamıdan yaxşı bu işin öhdəsindən gələ bilər" deyərək cavab verib.