Avropa İttifaqı "Siemens şirkətinə məxsus qaz turbinlərinin qanunsuz olaraq Krıma aparılması ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiya tətbiq edib.

Unikal.org xəbər verir ki, bu barədə Aİ Şurasından açıqlama verilib.

"Avropa İttifaqı qaz turbinlərinin Krıma aparılmasında iştirakı olan 3 Rusiya vətəndaşını və 3 şirkəti Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına yönəlmiş fəaliyyətlərlə əlaqədar məhdudlaşdırıcı tədbirlərin təsiri altına düşən şəxslərin və qurumların siyahısına əlavə edib. Onların addımı Ukraynanın ərazi bütövlüyü və suverenliyini pozur, - deyə açıqlamada bildirilir.
Sanksiyaya məruz qalan hüquqi və fiziki şəxslər aşağıdakılardır: Rusiya enerji nazirinin müavini Andrey Çerezov, nazirliyin departament rəhbəri Yevgeni Qrabçak, "Texnopromeksportun baş direktoru Sergey Topor-Qilka, "Texnopromeksport MMC və ASC, "Interavtomatika QSC.

Xatırladaq ki, iyul ayının əvvəlində "Siemens şirkəti Rusiya üçün nəzərdə tutulan qaz turbinlərinin qanunsuz olaraq Krıma aparıldığını açıqlayıb.