Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzində ölüm hadisəsi baş verib.
Unikal.org report-a istinadən bildirir ki, rayonun Məhəmmməd Hadi küçəsində yaşayan 35 yaşlı Məhəmməd Hüseynov burnundan əməliyyat olunması üçün Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzinə müraciət edib. Əməliyyata alınan Məhəmməd Hüseynova tənəffüs yolu ilə narkoz verilib. Elə bu zaman onun səhhəti qəfildən pisləşdiyi üçün əməliyyat təxirə salınıb. Məlum olub ki, o, dünyasını dəyişib.
Mərhumun doğmalarının sözlərinə görə, indiyə kimi Məhəmməd Hüseynovun hər hansı ciddi xəstəliyi olmayıb.
Məsələ ilə bağlı Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzindən report-a bildirilib ki, meyitdən götürülmüş nümünələr Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə göndərilib: "Vətəndaşın ölümündə həkim səhlənkarlığının olub-olmaması tibbi rəy və hüququ mühafizə orqanlarının araşdırmasından sonra məlum olacaq".