İsveçrədə yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub. 

Unikal.org-un məlumatına görə, həlak olanlardan ikisi yeniyetmə olub.

Qəza İsveçrənin cənub-şərqində, yerli aviasiya klubunun gənclər üçün fəaliyyət göstərən düşərgəsində baş verib.

Qeyd olunur ki, bu düşərgədə aviasiya həvəskarları üçün təlim uçuşları həyata keçirilir.

Qəzanın baş vermə səbəbləri və təfərrüatlar məlum deyil.