Bu gün İranın İslam Respublikasının 12-ci prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, andiçmə mərasimi İran parlamentinin binasında baş tutub.

Tədbir ölkə himninin və Quran ayələrinin oxunuşu ilə başlayıb.

Daha sonra parlamentin spikeri Əli Laricani və məhkəmə hakimiyyətinin rəhbəri Sadeq Amoli Laricani çıxış ediblər.

Tədbirin rəsmi hissəsi İran prezidentinin çıxışı və and mətninin imzalanması ilə başa çatıb. And içən prezident İslamın, ölkəsinin əmin-amanlığın və qanunların aliliyinin qorunması üçün əlindən gələni edəcəyinə söz verib.

Mərasimdə 92 ölkədən 1200 qonaq iştirak edir. Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Oktay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.