Futbol üzrə Türkiyə milli komandasındakı karyerasını başa vuran Arda Turan qərarını dəyişib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Turan yığmanın yeni baş məşqçisi Mirça Luçesku ilə görüşdən sonra bu addımı atıb.

Bildirilir ki, rumıniyalı baş məşqçi dünən İspaniyada baş tutan "Barselona -"Şapokeonse görüşündən əvvəl A.Turanla bir araya gələrək onu milliyə dönməyə razı salıb.