Həmyerlimiz Türkiyənin"Sarı-göylü klubunun idmançısı Ramil Quliyev Dünya Atletika Çempionatında birinci yer qazanaraq qızıl medala layiq görülüb.

Unikal.org bildirir ki, Türkiyə millisinin idmançısı R.Quliyevin bu uğuru "Fənərbaxça" prezidenti Əziz Yıldırımı duyğulandırıb və o göz yaşlarını saxlaya bilməyib. Ə.Yıldırım açıqlamasında idmançının qələbəsi ilə bağlı fikirlərini belə ifadə edib: "İdmançımızın dünya çempionu olmasından ötəri çox xoşbəxtəm. İnşallah digər idmançılarımız da bunu bacararlar"-deyə o bildirib.

"Fənərbaxçaklubu Ramil Quliyevin qələbəsini şərh edib: "Türkiyəyə Dünya Atletika Çempionatları tarixindəki ilk qızıl medalı gətirərək ölkəmizi qürurlandıran müvəffəqiyyətli idmançımız Ramil Quliyevi təbrik edir, uğurlarının davamını diləyirik. İdmançımızın Türk vətəndaşı olmasında başda Türkiyə Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası rəsmiləri olmaq üzrə əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk".