Xəbər verdiyimiz kimi, Türkiyəni təmsil edən azərbaycan əsilli atlet Ramil Quliyev dünən Londonda keçirilən atletika üzrə dünya çempionatında qızıl medal qazanıb.

Unikal.org  qafqazinfo-ya istinadən xəbər verir ki, Ramil yarışdan sonra məşhur atlet Useyn Boltla oteldə rastlaşıb.

Bolt medal qazandığı üçün Ramili təbrik edib və ona gələcək arzularını çatdırıb: "Mövqeyini qorumağı arzulayıram. Ölkən və sənin adına çox sevindim.

Xatırladaq ki, Bolt Londondakı yarışdan sonra karyerasını bitərəcək.