Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək. 
Yeni mövsümün ilk turunun ikinci günündə "İnterlə "Qəbələ qarşılaşacaq.
Ötən mövsümün mükafatçıları "İnter Arenada üz-üzə gələcək. Avropa Liqasında çıxışını başa vuran komandalar yeni mövsümdə ilk xallarını qazanmağa çalışacaq.
Paytaxtdakı görüş əcnəbi mütəxəssislər Zaur Svanadze və Roman Qriqorçukun növbəti dueli ilə əlamətdar olacaq. Qarşılaşmanı FİFA hakimi Ömər Paşayev idarə edəcək.
Qeyd edək ki, dünən start götürən çempionatın ilk oyununda "Neftçi öz meydanında "Qarabağa uduzub - 0:3.
Azərbaycan Premyer Liqası
I tur

12 avqust (şənbə)

20:00. "İnter - "Qəbələ
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
"İnter Arena