"Biz ölkənin ən gözəl qadınları arasında yer alırıq. Təvazökarlıqdan uzaq sözlər olsa da, belədir. Daha da gözəl olmağa çalışacağıq".
İngiltərənin Reqbi şəhərində yaşayan dörd övlad anası, 39 yaşlı Corcina Klark və onun qızı, 21 yaşlı Kayla Morris belə deyirlər.
Onlar "daha gözəl" görünmək üçün çoxsaylı plastik cərrahiyyə əməliyyatlarına indiyədək 60 min funt-sterlinqdən çox pul xərcləyiblər.
Unikal.org milli.az-a istinadən bildirir ki, ana Barbi kuklasına, qızı isə məşhur model, aktrisa və teleaparıcı Keti Praysa bənzəmək istəyirlər.
Onların dodaqları, sinələri, yanaqları botoks inyeksiyaları ilə dəyişib.
Corcina Klark və Kayla Morris Britaniyanın Chanel 5 telekanalındakı "My Mums Hotter Than Me" proqramının yeni qəhrəmanlarıdır. Proqram olduqlarından gənc, "qızları təki cavan" görünmək istəyən analara və belə anaların plastik cərrahiyyə tutqunu olan qızlarına həsr olunub.
Kaylanın dediyinə görə, hələ 11 yaşı olanda sinəsinin ölçülərini dəyişdirmək üçün plastik cərrahiyyə əməliyyatı barədə düşünməyə başlamışdı.
"Anam da bu istəyimi təqdir etdi. Keti Praysı çox sevirəm, onun fanatıyam, ona bənzəməyə çalışıram. Anam da Barbi kimi görünmək istəyir. Sonra model işləməyə başladım və əlimizə pul düşdükcə plastik cərrahiyyə əməliyyatları keçirirdik. İndi anamın əməliyyatlarına da pul verirəm", - Kayla Morris deyib.
Kayla "model" işlədiyini desə də, əslində, o, striptiz göstərir, anası da onun işini bəyənir. 
"Burada nə var axı?! Qızımın pul müqabilində soyunmasını anormal saymıram", - Corcina Klark söyləyib.