"Qalasataray"ın sabiq futbolçusu Felipe Melo yenidən Türkiyə çempionatında çıxış edə bilər.

Unikal.org xəbər verir ki, braziliyalı ulduz futbolçu cari mövsüm Superliqaya yüksələn "Malatyaspor" klubunun hədəfinə düşüb. Hazırkı klubu "Palmerias" olan Melo Türkiyə təmsilçisindən rəsmi təklif alsa da, qarşı tərəfdən düşünmək üçün vaxt istəyib.

Qeyd edək ki, 34 yaşlı oyunçu 2011-2015 aralığında "cim-bom"un şərəfini qoruyub.