Futbol üzrə Azərbaycan Premyer Liqasının I turu çərçivəsində növbəti oyun keçirilib.

Unikal.org-un məlumatına görə, həftənin üçüncü matçında yüksək dəstənin ən gənc klubları - "Zirə ilə debütant "Səbail qarşılaşıblar.

Qarşılaşmanın taleyini ilk yarıda vurulan qollar həll edib. Zirə təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.

"Zirə - "Səbail 2:1

Qol: Milan Duriç, 2. Riçard Qadze, 17 - Vüqar Nadirov, 43

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Zirə İdman Kompleksinin stadionu