Rusiyada Azərbaycan səfirliyinin əməkdaşına hücum olub.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, polisə ərizə ilə müraciət edən azərbaycanlı bildirib ki, taksidə gedərkən münaqişə baş verib və nəticədə xəsarətlər alıb. 
Xəsarət alan şəxsin Azərbaycan səfirliyində məsləhətçi olaraq çalışdığı bildirilir.(qafqazinfo)
 
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Day.Az-ın müxbiri ilə söhbətində konsulumuzun Moskvada döyülməsi faktını təsdiq edib.  

"Hələlik bizdə heç bir məlumat yoxdur. Hazırda məsələni araşdırırıq. Tezliklə baş vermiş hadisə ilə bağlı rəsmi məlumat yayacağıq," - deyə səfir bildirib.