Bakıda gənc qız sevgilisi tərəfindən zorlandı, sonra isə aldadılaraq atıldı...
Unikal.org xəbər verir ki, bütün hadisələr orta məktəbi bitirib ali məktəbə qəbul olunmaq həsrəti ilə yaşayarkəın baş verib. Başına gətirilənlərlə bağlı Aysel Ağayeva Criminal.az-a yazıb ki, 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Dillər Universitetinə qəbul üçün sənəd verərkən Şöhlət Hüseynovla tanış olub və bəlalı günləri də bundan sonra başlayıb: Tanışlıqdan sonra o, məni rahat buraxmırdı, zəng edib sevdiyini, mənsiz yaşaya bilməyəcəyini bildirirdi. Hətta sonrakı görüşlərimizdə ailə üzvlərinin şəkillərini gətirib mənə verdi, yaşadıqları evi də göstərdi. Məni gözdən qoymurdu, zəng edir, harada olmağımla maraqlanır, məndən ötrü darıxdığını bildirirdi. Hər dəfə anamla, xalamla gəzməyə, alış-verişə çıxanda xəbər tutub arxamızca gəlirdi. Beləliklə, Şövlət özünü mənə sevdirdi, güvən hissi oyatdı. Mütəmadi görüşürdük, gələcək haqqında planlar hazırlayırdıq, evlənəcəyimiz, xoşbəxt ailə sahibi olacağımız barədə söhbətlər edirdik. 

A.Ağayevanın sözlərinə görə, belə münasibət 22 avqust 2011-ci ilədək davam etdi: Şövlət mənə zəng edərək görüşə dəvət etdi. Həmin vaxt təhsil aldığım kursdan çıxıb Şövlətin görüşünə tək getdim. Şövlətlə 28 may metrosunun yanında görüşdük, o mənə maşına minməyi təklif etdi, etiraz etdim, o isə mənə yalvararaq gəzməyə gedəcəyimizi bildirdi, aramızda mübahisə düşdükdə, Şövlət mənə zor tətbiq edərək məni VAZ 2107 markalı maşına otuzdurdu. Mənə elə gəldi ki, o məni qaçırmaq istəyir, qışqırdım, ağzımı yumaraq xahiş etdi ki, məni hörmətsiz etmə, axı biz bir-birimizi sevirik. Nəhayət, o məni tanımadığım bir yerə gətirdi, paltarlarımı zorla çıxararaq məni vurdu, sonra mənə qarşı uşaqbazlıq etdi, başıma müxtəlif oyunlar açaraq təcavüz etdi. Çox ağlamışdım, hətta harada olduğumu, bir anda nələr baş verdiyini dərk edə bilmirdim. Sonra hədə-qorxu gələrək aramızda olan xoşagəlməz işi heç kəsə bildirməməyimi dönə-dönə tapşırdı, əks halda, mənimlə evlənməyəcəyi ilə hədələdi. Özümü çox təhqir olunmuş bilərək o qədər ağlamışdım ki, evə gələrkən qolumdakı zorakılıq izlərindən, üzümdəki qızartılardan hər kəs məndən nə baş verdiyini soruşurdu, evdəkilər şoka düşmüşdü, elə hey soruşurdular ki, səni kim bu günə qoyub? Mən isə ağlayır, qorxumdan heç kimə heç nə demirdim, ümümiyyətlə, heç danışmaq halında da deyildim. 

Səhər açılan kimi anamla xalam məni zorla ginekoloqun yanına apardılar. Həkim faktı təsdiq edərək bizə ekspertdən keçməyi məsləhət gördü. Onlar məni incitdikdın sonra mən Şövlətin məni zorladığını bildirdim. Dava-dalaşla məni Şövlətgilin evinə gətirdilər. Artıq bu hadisənin ciddiliyini anlayan Şövlətin anası İltima mənə yalvararaq bildirdi ki, qızım, biz çox kasıb bir ailəyik, indi toy edə bilmərik, bir az gözlə, hazırlıq edib sizə toy edərik. Şövlət isə həmin vaxtdan kasıb olduğunu, evlənmək üçün imkanı olmadığını bildirərək müxtəlif vaxtlarda məndən və mənim ailəmdən pul tələb edərək, məni qaçırıb kirayənişin yaşayacağımıza söz verir, təkbaşına üç yetim böyüdən anam da mənim xöşbəxt olmağım üçün əlindən gələni edirdi-deyə A.Ağayeva vurğulayıb. 

Bir müddətdən sonra aldadıldığını anlayan A.Ağayeva hüquq mühafizə orqanına müraciət edib: Şikayətim əsasında Şövlətə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə cinayət işi başlandı. Əsil müsibətdə bundan sonra başladı. Şövlət və onun valideyinləri bizi rahat yaşamağa qoymadı. Hər gün ata anası qohumları ilə birlikdə bizə gəlir yalvarır, hər şeyin yaxşı olacağını, bizi evləndirmək istədiklərini söyləyərək təkid edirdilər. Beləliklə mən bu dəfə də onların yalan vədlərinə inandım və şikayət ərizəmi geri götürdüm. 18 fevral 2014-cü ildə Şövlətlə ailə qurdum. Bir il ailəli yaşasaqda hər gün yenə də döyülür işgəncələrə məruz qalırdım. Sonuncu dəfə Şövlət yenə də məni döyüb evdən qovmuşdu və mən anamgilə gəlmişdim. 

23 dekabr 2014-cü il tarixində Şövlət bizə gələrək yenə də dava salaraq məni yenə möhkəm döydu və iyrənc hərəkətlər edərək, siqaret kötüyü ilə bütün bədənimi yandıraraq işgəncə verməyə başlıdı. Ekspertə gedərək aldığım bədən xəsarətlərinə dair rəy əldə etdim və şikayət etdim. Hadisənin baş verməsindən iki il keçməsinə baxmayaraq, heç bir tədbir görülməyib. Onun 21 yaşlı cavan qıza qarşı törətdiyi cinsi zorakılıq, seksual xarakterli hərəkətlər, bədənimə yetirdiyi ağır bədən xəsarəti (arxadan zorlama), qorxudaraq mənə etdiyi uşaqbazlıq azmış kimi, imkansız, ailə başçısını itirmiş, pul versəniz kirayə tutub qızınızla evlənərım" deyən, onsuz da bədbəxt günlərə qalmış, şərəf və ləyaqəti ayaqlar altına alınmış bir ailəni vardan-yoxdan çıxararaq dələduzluq yolu ilə onların pullarını mənimsəyib. Pulu qurtardıqdan sonra yenə də müxləlif yalanlarla pul almağa başlayıb. Bəs hüquq-mühafizə orqanları bu cür dələduzlara qarşı niyə bir ölçü götürmürlər? Mənə qarşı törətdiyi xoşagəlməz hadisələr, fırıldaq yolu ilə mənimsədiyi 1860 manat pul azmiş kimi, telefonla bizə hədə-qorxu gələrək hüquq-mühafizə orqanlarına müraciət etməyimizə həmişə mane olub. 

Onun kimi dələduzlar azadlıqda deyil, həbsxanalarda saxlanılmalıdır. Şövlət nə qədər azadlıqdadırsa, mənim kimi çoxlarının başına min bir oyunlar açacaq. Bu insan üçün həyatda müqəddəs heç nə yoxdur. O islah olunmalıdır. Hal-hazırda Şövlət heç bir yerdə işləmir, onu-bunu aldatmaqla, dələduzluqla məşğuldur. Mənim ailəli bacımın evinə zəng vuraraq söyüşlər edir.

Məsələ ilə bağlı Ş.Hüseynovun atası Natiq Hüseynov Criminal.az-a açıqlamasında oğlunun günahsız oğlduğunu: Bu məsələni araşdır, məhkəmə polisə müraciət et. Jurnalistin bu işə nə aidiyyəti var? Heç kimin ixtiyarı yoxdur bu işə qarışsın. Biz şəhid ailəsiyik, qardaşım 1992-ci ildə Qarabağda şəhid olub, özüm həkiməm. Zorlama məsələsi araşdırılıb və məhkəmə qərar verib, iş bitib. Məhkəmədə onlar barışıblar, qanunla evləniblər, sonradan uşaqları olmayıb deyə ayrılıblar. Onun xalası var, həbsxanadadır. Gedin bunu araşdırın ki o niyə həbsxanadadır. Əgər oğlum Ayseli aldadıbsa, niyə barışırdı? Evlənməyəydi. Biz abır-həyamızı gözlədiyimizdən Ayseli aldıq. Oğlum indi başqa bir xanımla evlənib və hazırda xoşbəxtdi.