"Səbail klubunun ev oyunlarını keçirməli olduğu Bayıl stadionunda hazırda təmir-bərpa işləri aparılır.

Unikal.org  kluba istinadən xəbər verir ki, bununla əlaqədar, təmir prosesi yekunlaşana və Bayıl stadionu oyunların keçirilməsinə hazır olana qədər "Səbail ev oyunlarını Mərdəkan qəsəbəsində, AFFA Futbol Mərkəzindəki "Dalğa Arenada keçirəcək.

Qeyd edək ki, "Səbail Premyer Liqanın ikinci turunda "Neftçini "Dalğa Arenada qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.