"Avrokuboklarda təcrübəyə malik komandayıq. Yeni transferlərimiz olmasa da, sabah istəyimizə çata bilərik. "Vardar"la oyunlarda bunu sübut etmişik.

Unikal.org qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Kopenhagen"in baş məşqçisi Stole Solbakken "Qarabağ"la Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O, Ağdam klubunu 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları Makedoniya "Vardar"ı ilə müqayisə edib.

"Qarabağın milli komanda üzvü olan xeyli oyunçusu var. Yarımmüdafiə xəttində çıxış edən 3 futbolçu 2 ildir bir yerdə oynayır. Müdafiə xəttindəki 4 futbolçu da inamlı oyunu ilə seçilir - deyə o qeyd edib.

Solbakken Avropa Liqasının qrup mərhələsi haqda düşünmədiklərini, komandasının yalnız mərhələ keçməyə kökləndiyini bildirib: "Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şey edəcəyik. Ancaq bunu düşünürük. İlk qolu biz vursaq, vəziyyət dəyişəcək. Çempionlar Liqasında son 6 həftədə oyun keyfiyyətimizi 30 faiz artırmışıq. Komandamız get-gedə artırır. Yaxın həftələrdə daha yaxşı kollektiv formalaşacaq".