"Klubumuzun düşərgəsində əhval-ruhiyyə yüksək səviyyədədir. Komandamız yalnız uğurlu nəticəyə köklənib.

Unikal.org xəbər verir ki, bu sözləri "Qarabağın direktoru Əmrah Çəlikəl qol.az saytına açıqlamasında deyib.

Bu gün Bakı vaxtı ilə saat 22.45-də Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin təkrar oyununda Danimarkanın "Kopenhagen komandası ilə qarşılaşacaq. Bu komandaların Bakıdakı ilk matçında "Qarabağ 1:0 hesabı ilə qələbə qazanıb.

"İnşallah, "Qarabağ qalib gəlib qrupa düşəcək. Biz buna inanırıq. Sizlər də, azarkeşlərimz də inansın. İnam uğurun yarısıdır - deyə o bildirib.

Ə.Çəlikəl Azərbaycan xalqının "Qarabağa dəstəyini yüksək qiymətləndirib: "Komandamız, klubumuz bu dəstəkdən məmnundur. Buna görə hamıya sonsuz təşəkkürlər.