Azərbaycanlı döyüşçü Zabit Səmədov növbəti dəfə qalib gəlib.

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, "Mauqli" ləqəbli idmançı bu dəfə Hollandiyalı döyüşçü Zimmermanla qarşılaşıb. Döyüş Çeçenistanın paytaxtı Qroznı şəhərində baş tutub. Qarşılaşmanı "Axmat" idman klubu təşkil edib.

Döyüşü canlı olaraq izləmək üçün Azərbaycandan da Çeçenistana bir çox zabitsevərlər yollanıb. Onların arasında Azərbaycanın millət vəkili Adil Əliyev də olub.

Pərəstişkarları Zabitin qələbəsi ilə bağlı sosial şəbəkələrdə statuslar, foto və videolar paylaşıblar.