Qarşılaşma 2:1 hesabı ilə başa çatdı. Bununla da "Qarabağ" UEFA Çempionlar Liqasına vəsiqə qazanır.

xxx

65-ci dəqiqədə ev sahibləri yenidən hesabda irəli keçirlər - 2:1

xxx

İkinci hissənin 63-cu dəqiqədə "Qarabağ"ın futbolçusu Ndlovu hesabı bərabərləşdirdi.
xxx

İlk hissənin sonuncu dəqiqəsində "Kopenhagen"in oyunçusu Federico Santander oyunda hesabı açdı və komandalar fasiləyə bu hesabla yollandılar.

xxx


Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq.

Unikal.org-un məlumatına görə, turnirdəki təmsilçimiz "Qarabağ da həlledici qarşılaşmaya çıxıb. Qurban Qurbanovun komandası səfərdə "Kopenhagenin qonağıdır.

Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. Çempionumuz qol vuracağı halda, istənilən minimalhesablı məğlubiyyət də mərhələ adlamağa imkan verəcək.

Bu, baş verərsə, "Qarabağ növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşəcək.