Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva "Qarabağ" klubunu təbrik edib.

Unikal.org-un məlumatına görə, Leyla Əliyeva tarixi nəticə əldə edən təmsilçimizə uğurlar arzulayıb və bunları yazıb:

"Təbriklər, "Qarabağ"! Irəli!"

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinə təmsilçimiz "Qarabağ həlledici qarşılaşmaya çıxıb. Qurban Qurbanovun komandası səfərdə "Kopenhagenin qonağı olub. Qarşılaşmadan 2:1 hesabı ilə uduzan Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığı üçün turu keçən komanda oldu. "Qarabağ növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.