"Qurban Qurbanovu ilk dəqiqələrdə təbrik etdik

Bu fikirləri Unikal.org-a AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov "Qarabağ komandasının dünənki oyunu ilə bağlı fikirlərini bölüşərkən deyib. 

O, komandanın bundan sonra daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib: "Qarabağ bizim əsl qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirən komandamız olub. Dünən sübut etdi ki, o böyük bir potensiala malikdir və layiqli bir oyun sərgilədi. "Qarabağ bundan sonra ən elit klublar sırasında yer alacaq. Uğurların davamını gözləyirik. Dünən komandamız həqiqətən bizə böyük sevinc bəxş etdi. Oyunun ilk dəqiqələrində Qurban Qurbanovu səmimi qəlbdən təbrik etdik. "Qarabağımızın bundan da böyük uğurlara imza atacağına əminik.

Həsən Babayev