""Qarabağ məsələni Bakıda həll etməli idi

Bu fikirləri Unikal.org-a Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov "Qarabağın uğuruna münasibət bildirərkən deyib. O, qeyd edib ki, "Kopenhagen "Qarabağdan çox zəif komandadır:

"Başda Qurban Qurbanov olmaqla bütün Qarabağ sevənləri təbrik edirəm. Bu, Azərbaycan üçün böyük uğurdur. Hər zaman demişəm ki, Avropada zəif klub yoxdur. Ona görə də "Qarabağın nümayiş etdirdiyi oyunlar gözəl təsir bağışladı. Onlara Çempionlar Liqasında uğurlar arzu edirəm. Əsas arzum odur ki, "Qarabağ güclənməlidir. Bunu özləri də, məşqçi korpusu da yaxşı bilir. Son transfer tarixinə az qalıb. Lazım olan oyunçunu çalışıb almalıdırlar ki, daha da sakit oynasınlar və həyəcan az olsun.
"Qarabağ dan belə bir nəticə gözləyirdim. Onlar 2 il idi ki, ÇL-ə düşmək üçün mübarizə aparırdılar. Çox heyfslənirəm ki, Bakıda onlar "Kopenhagenə az qol vurdular. Rəqibi "Qarabağdan şox zəifdir. Məsələ Bakıda həll oluna bilərdi. Təəssüf ki, alınmadı. Hiss olunurdu ki, oyunçularda da, məşqçi korpusunda da, elə bizim özümüzdə də həyəcan var idi. Həqiqətən də "Qarabağ "Kopenhagendən üstündür.

Həsən Babayev