Danimarkanın "Kopenhagen" klubunu mübarizədən kənarlaşdıraraq, qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" səhər saatlarında Bakıya qayıdıb.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, Ağdam klubunu qarşılayanlar arasında "Zaqatala" klubunun prezidenti, Qurban Qurbanovun qardaşı Musa Qurbanov da olub. Veteran futbolçu "Qarabağ"ın tarixi zəfərini şərh edib.

Bundan başqa o, matçdan sonra qardaşı ilə emosional telefon danışığından da söz açıb. Qardaşlar söhbət zamanı analarını xatırlayaraq, kövrəliblər.

Musa Qurbanov ÇL qrupunda "Real", ya da "Barselona" komandalarının biri ilə qarşılaşmaq istəyini dilə gətirib: "Qurban "Barselona" azarkeşidir, mən "Real". İstəyərəm ki, bu 2 klubdan biri ilə rəqib olaq".