Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün "Qarabağ futbol klubunun heyətini qəbul edib.

Unikal.org xəbər verir ki, klub prezidenti Tahir Gözəl klub adından ölkə başçısına xatirə hədiyyəsi təqdim edib. Prezidentə "Qarabağın 10 nömrəli forması, eləcə də üzərində futbolçuların avtoqrafı olan top hədiyyə olunub.

Qeyd edək ki, ölkə başçısı 3 il əvvəl də "Qarabağın heyətini qəbul etmişdi. Həmin görüşdə də dövlət başçısına 10 nömrəli forma hədiyyə olunub.