Çempionlar Liqasında qrup mərhələsinin təqvimi müəyyənləşib.

Unikal.org-un məlumatına görə, C qrupunda yer alan "Qarabağ" mübarizəyə İngiltərədə "Çelsi"yə qarşı səfər matçı ilə başlayacaq.
Son oyun isə dekabrın 5-də İtaliya paytaxtında "Roma"ya qarşı olacaq:
C qrupunun təqvimi:
12 sentyabr
"Çelsi" (İngiltərə) - "Qarabağ"
27 sentyabr
"Qarabağ" - "Roma" (İtaliya)
18 oktyabr
"Qarabağ" - "Atletiko" (İspaniya)
31 oktyabr
"Atletiko" - "Qarabağ"
12 noyabr
"Qarabağ" - "Çelsi"
5 dekabr
"Roma" - "Qarabağ"
Azərbaycandakı oyunlar Avropa vaxtı ilə saat 18:00-da start götürəcək. Bu isə qitədə saatların əqrəbləri bir saat geri çəkilənədək 20:00, geri çəkiləndən sonra 21:00 deməkdir.