Azərbaycan Prezidentinin "Qarabağ futbol klubunun heyəti ilə görüşündə Rəşad Sadıqovun çıxışı zamanı maraqlı hadisə baş verib.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev Rəşad Sadıqovun milli komanda və "Qarabağa güc verdiyini, onun oyununu yüksək qiymətləndirdiyini qeyd edərək onu karyerasını davam etdirməyə çağırı: "Səni oyunçu kimi çox yüksək qiymətləndirirəm. Sən hələ çox oynamalısan. Mən bilirəm ki, sən veteransan. Sən "Qarabağ"a güc verirsən. Sən çox gözəl oyunçusan.Demək olar ki, səhv buraxmırsan".