Tanınmamış Abxaziya Respublikasının Qudaute şəhərində azərbaycanlı "qanuni oğru", kriminal aləmdə Rəşad Gəncinski kimi tanınan Rəşad İsmayılov güllələnib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Rəşad və onunla birgə olan abxaz Nika Qarinski "Piza ləqəbli avtoritet tərəfindən tapançayla vurulub. Hadisə şəhərdəki restoranlardan birində baş verib.

Məlumata görə, Rəşad Abxaziyaya "Lotu Quli" tərəfindən xüsusi missiya ilə göndərilibmiş.