Bu gün UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkü atılacaq.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, ölkəsinin U-19 Liqasında çempion olan klubun əsas komandası Çempionlar Liqasında təmsil olunmayan 32 klubun diqqəti Nyona yönələcək.

Həm əsas, həm U-19 komandası Azərbaycanda ən güclü olan "Qarabağ" bu püşkə qatılmayacaq. Çünki Ağdam klubu Çempionlar Liqasına yüksəldiyindən, Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 da qrupda çıxış edəcək.

"Qarabağ" qatılmadığı püşkatmanın iştirakçıları siyahısına təsir etməyi bacarıb. Belə ki, Azərbaycan, həmçinin Sloveniya ("Maribor"), Şotlandiya ("Seltik"), Kipr (APOEL), Yunanıstan ("Olimpiakos") çempionlarının bugünkü püşkdən azad olması daha aşağı reytinqli 5 ölkənin yolunu açıb.

Bu səbəbdən də Makedoniya, İrlandiya, Latviya, Lüksemburq və Monteneqro Gənclər Liqasının Çempionlar yolunda təmsil olunacaq. Latviya ilə Lüksemburq bu hüququ xeyli əvvəl qazanan Albaniya ilə birlikdə Gənclər Liqasında debüt şansı əldə edib.

Qeyd edək ki, "beşliy"in qrupa düşməsindən yararlanan klublar "Şkendiya", "Dublin", "Liepaya", "Düdelanj" və "Sutyeska"dı.