Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasda Premyer Liqanın III turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Belə ki, Premyer Liqanın III turunun "Neftçi - "Kəpəz matçında "Neftçi klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

"İnter - "Səbail matçının 63-cü dəqiqəsində "İnter klubunun 33 â„–-li futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

"Qarabağ - "Qəbələ matçının 69-cu dəqiqəsində "Qarabağ klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.