Millimizin oyun formasına Azərbaycan bayrağı əlavə edilib.

Unikal.org  Trend-ə istinadən xəbər verir ki, komandamızın formasına - futbolkanın arxa yuxarı hissəsinə kiçik ölçüdə Azərbaycan bayrağı əlavə edilib.

Millimizin səfər və üçüncü oyun dəsti Norveçin ev dəstinin rəngləri ilə uyğun olmadığı üçün futbolçularımız Norveçə qarşı ev dəstində oynayacaqlar.

Yığmamızın San Marinoya qarşı da ev dəstində oynayacağı bildirilir.