25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Unikal.org bildirir ki, Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, forum "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.