Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha iki cüdoçusu medallar uğrunda mübarizəyə qoşulub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev ilk görüşünü qələbə ilə başa vurub. O, otuzikidəbir finalda rumıniyalı Kristian Bodirlaunu məğlub edərək növbəti mərhələyə yüksəlib. Bu mərhələdə cüdoçumuz ukraynalı Kedjau Nyabali ilə üz-üzə gələcək.