Bakıda daha bir oğurluq hadisəsi baş verib. 
Unikal.org lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yaşayan Fəridə Vəliyeva evində xadimə kimi işləyən Rada adlı qadının onun qızıllarını oğurladığını bildirib. Şikayətçi qeyd edib ki, xadimə mənzildən 4 min manatlıq qızıl oğurlayıb və işə gəlməyib.

Araşdırma aparılır.