Dünya çempionatının bayraq təqdim etmə mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, mərasimdə Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizer hazırda başa çatmaqda olan dünya birinciliyini keçirən Macarıstan Cüdo Federasiyasına təşəkkürünü bildirərək rəmzi bayrağı onlardan təhvil alıb və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova təqdim edib.

Bayrağın təqdimetmə mərasimindən sonra zaldakı ekranlarda 2018-ci ildə Bakıda keçiriləcək cüdo üzrə Dünya çempionatının təqdimat videosu azarkeşlərə göstərilib.