Bakıda iki qardaş bıçaqlanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 2-ci mədən ərazisində qeydə alınıb. Həmin ünvanda yaşayan qardaşlar - Ələkbər Quliyev və Ziyad bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Araşdırmalar zamanı iki qardaşa bıçaq xəsarəti yetirən şəxsin Gənci Meybullayev olması müəyyən edilib və o, saxlanılıb.