"Neftçi" PFK Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə zamanı ikinci yoxlama görüşünü sentyabrın 6-da əvəzedici heyətə qarşı keçirəcək.

Unikal.org  bildirir ki, İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq oyun saat 17:00-da start götürəcək.

Xatırladaq ki, komanda ilk yoxlama oyununda MOİK-i 3:0 hesabı ilə məğlub etmişdi.