Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçirilib. 

Unikal.org-un məlumatına görə, VIII tur çərçivəsində 3 qarşılaşma baş tutacaq.

Azərbaycan millisi San Marino yığması ilə qarşılaşıb. Görüş doğma meydanda baş tutub.

Ardıcıl dörd məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından darmadağınla çıxıblar. Millimiz səfərdə minimalhesabla məğlub etdiyi rəqibi Bakıda 5 topa "qonaq edib".

Komandamız cırtdan ölkə təmsilçisi üzərində qələbə qazanaraq tarixinin rekorduna imza atıb. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb. DÇ-2014-ün seçmə mərhələsində 9 xal əldə olunmuşdu.

DÇ-2018 seçmə mərhələsi

C qrupu

VIII tur

4 sentyabr

Azərbaycan - San Marino - 5:1

Qollar: Əfran İsmayılov, 20, 57, Araz Abdullayev, 25, Cevoli, 71 (öz qapısına), Rəşad Sadıqov, 81 - Palazzi, 74